Yaylaqda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Yaylaqda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
  02 Avqust 2021    Oxunub:1520
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında "Hacıyusif yaylağı" adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Vüqar Səfərlinin cinayət işi məhkəməyə göndərilib - VİDEO - YENİLƏNİB
Sabirabadda qadını zorlayan şəxslər həbs edilib
Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi təxirə düşüb - YENİLƏNİB-1
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilasedicilər tərəfindən çətin keçilən mürəkkəb relyefli ərazi ilə xərək vasitəsilə daşınaraq təhlükəsiz əraziyə təxliyə olunub və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadasına təhvil verilib.

Azvision.az



Teqlər:





Xəbər lenti