"Kabil "Taliban"la sülhə hazırdır" - XİN rəhbəri

"Kabil "Taliban"la sülhə hazırdır" -    XİN rəhbəri
  03 Avqust 2021    Oxunub:976
"Əfqanıstan hakimiyyəti “Taliban”la sülhə və hakimiyyətin bölüşdürülməsinə hazırdır. Lakin “Taliban” tərəfindən müəyyən şərtlərə əməl edilməlidir".
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

"Biz “Taliban”la işləməyə, onları hökumətə qəbul etməyə, onlarla sülhə hazırıq. Bunun üçün çox şərtimiz yoxdur. Real olaraq bir şərtimiz var - Əfqanıstanın gələcəyi ölkə daxilində əfqan xalqının azad iradəsi ilə həll edilməməlidir. Ölkəmizin xarici sərhədləri hər hansı bir ölkəyə təhlükə yaratmamalıdır Heç bir xarici terrorçu qüvvəmiz olmamalıdır", - Atmar deyib.

Onun sözlərinə görə, bu, "Taliban"la siyasi nizamlanmada ən vacib prinsipdir.
"Hökumətimiz, terroru dəstəkləməyi dayandırmaq şərti ilə, "Taliban"ın bir hissəsini qəbul etməyə hazırdır", - XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti