İranda rekord sayda yoluxma qeydə alınıb

İranda rekord sayda yoluxma qeydə alınıb
  03 Avqust 2021    Oxunub:930
İranda koronavirusla bağlı durum yenidən pisləşib. Azvision.az xəbər verir ki, ölkədə son sutka ərzində 37 mindən çox yoluxma aşkarlanıb.
Yerli medianın yazmasına görə, bu, pandemiya dövründə ən yüksək rəqəm sayılır.

Ötən gün 411 koronavirus xəstəsi həyatını itirib. Ümumilikdə isə, keçən ilin fevral ayından bu yana 91 407 nəfər pandemiyanın qurbanı olub. Səhiyyə Nazirliyi indiyə kimi 3,940708 nəfərin virusa yoluxduğunu açıqlayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran  





Xəbər lenti