BƏƏ-də 3 yaşlı uşaqlara vaksin vurulacaq

BƏƏ-də 3 yaşlı uşaqlara vaksin vurulacaq
  03 Avqust 2021    Oxunub:1285
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 yaşdan 17 yaşa kimi olan uşaq və yeniyetmələr koronavirus əleyhinə vaksin olunacaqlar. Azvision.az ​xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilir ki, uşaqlara Çinə məxsus "Sinopharm" şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları "Pfizer"lə peyvəndləməyə başlayıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, əhalinin 78.95 faizi, təxminən 9 milyon insan birinci doza vaksin olunub. 70.57 faiz isə tam peyvənd edilib.

Qeyd edək ki, Çin "Sinovac Biotech" peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: BƏƏ   Vaksin  





Xəbər lenti