Ermənistanda 6 nazir və baş nazir müavini təyin edilib

Ermənistanda 6 nazir və baş nazir müavini təyin edilib
  03 Avqust 2021    Oxunub:823
Ermənistan prezidenti Armen Sarkisyan altı nazir və baş nazir müavininin təyin edilməsi haqqında fərmanlar imzalayıb.
Azvision.az xəbər verir ki, Mqer Qriqoryan baş nazirin müavini postunda qalıb.

Fərmanlara əsasən, Vahan Kerobyan iqtisadiyyat, Vahram Dumanyan təhsil, mədəniyyət, elm və idman, Andranik Piloyan fövqəladə hallar, Anahit Avanesyan isə səhiyyə naziri vəzifəsinə təsdiqlənib.

Keçmiş ombudsman Karen Andreasyan (2011-2016) ədliyyə naziri təyin edilib.
Sabiq iqtisadiyyat naziri Tiqran Xaçatryan maliyyə naziri olub. O, 2020 -ci ilin noyabr ayında iqtisadiyyat naziri vəzifəsini tərk etmişdi.

Avqustun 2 -də Ermənistan prezidenti Nikol Paşinyanın baş naziri təyin edilməsi haqqında fərman imzalayıb. Paşinyanın namizədliyi 8-ci çağırış Ermənistan parlamentinin ilk iclasında "Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən irəli sürülüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti