"Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq" - Zelenski

"Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq" -    Zelenski
  03 Avqust 2021    Oxunub:1090
Krım heç vaxt Rusiyanın bir hissəsi olmayacaq. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Dom" telekanalına müsahibəsində bildirib.
Zelenski deyib ki, Krım Rusiyanın torpağı deyil.

"Onların nəsilləri burada böyüməyəcək. Uşaqları da orada yoxdur və bizim torpaqlarımız üçün ölməyəcəklər. Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq. Yarımadanın Ukraynaya qaytarılması zaman məsələsidir", - Prezident söyləyib.

Zelenski, heç kimin Krımı ukraynalılar qədər sevə bilməyəcəyini əlavə edib.

Ukrayna Prezidenti daha əvvəl Krımı qaytarmaq üçün hər şeyi etdiyini bildirib. Bu məqsədlə “Krım platforması” yaradılıb və onun zirvəsi avqustun 23 -nə təyin olunub. Kiyev ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada və Avropa İttifaqı ölkələrinə platformaya qoşulmağı təklif edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Krım   Ukrayna  





Xəbər lenti