Ötən ay 8 nəfər mina və sursatlardan zərər çəkib
“İki mülki şəxs həlak olub, altı mülki şəxs isə yaralanıb. Yaralananlardan birinin xəsarəti kasetli silahdan olub. 2021-ci ilin iyul ayında minalarla bağlı hadisələr Füzuli, Göygöl, Xocalı və Cəbrayıl rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 78 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin verdiyi məlumata görə 12 iyul 2021ci il tarixdə bir nəfər Ermənistan vətəndaşı Füzuli rayonu ərazisində özlərinin basdırdığı minanın partlayışına məruz qalıb. Azərbaycan tərəfinin müvafiq strukturları lazımi yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”,-məlumatda deyilir.
Azvision.az
Teqlər: Mina