Qarabağda daha 6 erməni hərbçinin cəsədi tapılıb

   Qarabağda daha 6 erməni hərbçinin cəsədi tapılıb
  03 Avqust 2021    Oxunub:1220
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 6 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, üç hərbçinin cəsədinin qalıqları Füzuli rayonunda aşkar edilib. Daha üç cəsədin qalıqlarını isə Azərbaycan tərəfi rusiyalı sühməramlıların vasitəçiliyi ilə Ermənistana təhvil verib.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 629 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Erməni   Cəsəd  





Xəbər lenti