Ərdoğan Azərbaycan da daxil olmaqla 73 ölkəyə təşəkkür etdi

   Ərdoğan Azərbaycan da daxil olmaqla 73 ölkəyə təşəkkür etdi
  03 Avqust 2021    Oxunub:1471
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə həmrəylik göstərən 73 ölkəyə və 10 beynəlxalq təşkilata təşəkkür edib. Türkiyə lideri çətin günlərin tezliklə keçəcəyini dilə gətirib.
"Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləyini və başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən, yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm",-deyə Türkiyə Prezidenti minnətdarlığını bildirib.

Ərdoğan Azərbaycan, Rusiya, İspaniya, İran, Qətər, Xorvatiya və Ukraynanın dövlət və hökumət başçılarına həmrəyliklərinə görə xüsusi ilə təşəkkürünü çatdırıb.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə   Meşə   Yanğın  





Xəbər lenti