Suriyada rus PUA-sı vurulub- FOTOLAR

  Suriyada rus PUA-sı vurulub-   FOTOLAR
  04 Avqust 2021    Oxunub:1814
Suriyada Rusiyaya məxsus olduğu iddia olunan naməlum pilotsuz uçuş aparatı (PUA) vurulub. Azvision.az xəbər verir ki, bu barədə "Əl-Mayadin" məlumat yayıb.
Qeyd edilir ki, PUA Hələb yaxınlığında zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirilib. Nəşr əvvəlcə vurulan təyyarənin ya Türkiyə, ya da İsrail istehsalı olan bir PUA olduğunu iddia edib. Lakin sonradan bunun Rusiyaya məxsus casus PUA-sı olması üzə çıxıb.

Rusiya mediası da məsələni diqqətdə saxlayaraq araşdırıb.

"PUA-nın qalıqlarına dair yayılan fotoşəkillərə görə bu naməlum bir Rusiya pilotsuz təyyarəsidir. Qeyd edək ki, fərqli mənbələrdən gələn ziddiyyətli məlumatlar hadisənin və təyyarənin növünün dəqiq təsəvvürünü yaratmağa imkan vermir. Hələlik Rusiyadan məsələ ilə bağlı rəsmi mövqe bildirilməyib",-Rusiya hərbi saytı yazıb.











Tural Tağıyev
Azvision.az



Teqlər: PUA   Suriya   Rusiya  





Xəbər lenti