Azərbaycanlılar İtaliyaya gedə biləcək

  04 Avqust 2021    Oxunub :554
 Azərbaycanlılar İtaliyaya gedə biləcək
Azərbaycan vətəndaşları əvvəllər müəyyən edilmiş məhdudiyyətlər olmadan İtaliyaya səyahət edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

“İtaliya Səhiyyə Nazirliyinin 29/07/2021 tarixli qərarının qüvvəyə minməsi ilə, Azərbaycan "D" siyahısına əlavə edilib. Bu siyahıda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşları və sakinləri əvvəllər müəyyən edilmiş məhdudiyyətlər olmadan İtaliyaya daxil ola biləcək ölkələr yer alıb.

Bununla bərabər qeyd etmək lazımdır ki, İtaliyaya səyahət etmək niyyətində olan ziyarətçilərin hələ də qüvvədə olan məhdudiyyətlər və öhdəliklər, xüsusilə də məcburi karantin qaydaları, milli əraziyə daxil olmazdan əvvəl ediləcək testlər, karantinin bitmə müddətinə barədə məlumatlanmalarına ehtiyac duyulur", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   İtaliya   Səyahət  






Xəbər lenti