Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
  04 Avqust 2021    Oxunub:1826
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell qərar imzalayıb.

Qərara görə, bu vəzifəyə Petr Mixalko təyin edilib. O, hazırda qurumun Moldovakı nümayəndəliyinin rəhbəridir. Daha əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Azərbaycan   Avropa-İttifaqı   Səfir  





Xəbər lenti