Makron peyvənd olunub

  04 Avqust 2021    Oxunub :410
Makron peyvənd olunub
Fransa Prezidenti Emmanuel Makron “Pfizer” vaksininin bir dozasını qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Makron “İnstaqram” hesabında məlumat verib.

"31 mayda “Pfizer”in bir dozasını vurdurdum. 43 milyon həmvətənim kimi mən də bir doza qəbul etdim. Daha əvvəl koronavirusa yoluxduğum üçün tamamilə peyvənd olunmuş sayılıram", - Makron söyləyib.

Xatırladaq ki, 17 dekabr 2020-ci ildə, Fransa liderinin koronavirusa yoluxduğu məlum olub. Makron özünü təcrid edərək, məsafədən işləyib. Dekabrın 24-də
isə Prezidentin ofisi onda koronavirus əlamətlərinin olmadığını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Emmanuel-Makron   Vaksin  







Xəbər lenti