Karantini pozan şadlıq evi 4 min manat cərimələndi

Karantini pozan şadlıq evi 4 min manat cərimələndi
  05 Avqust 2021    Oxunub:1323
Daşkəsən rayonunda karantin qaydalarını pozan şadlıq evi 4 000 manat məbləğində cərimə olunub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirakı müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

Azvision.az


Teqlər: DİN   Toy  





Xəbər lenti