Bir gündə "Taliban"ın 300-dən çox silahlısı öldürüldü

 Bir gündə "Taliban"ın 300-dən çox silahlısı öldürüldü
  05 Avqust 2021    Oxunub:1221
Əfqanıstan ordusu son bir gündə “Taliban” radikal hərəkatının 303 silahlısını məhv edib.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Əfqanıstan ordusunun hərbi əməliyyatları nəticəsində son bir gündə" Taliban"dan olan 303 terrorçu məhv edilib, 125 nəfər yaralanıb", - açıqlamada deyilir. Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar, Herat, Nimroz və Gilmend də daxil olmaqla 16 əyalətdə əməliyyat keçirib.

Xatırladaq ki, xarici qüvvələrin çıxarılması fonunda ölkədə vəziyyət pisləşib. “Taliban” son aylarda kənd və sərhəd bölgələrinin əsas hissəsini ələ keçirib və böyük şəhərlərə hücumlar edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti