Kirayə qaldığı evdən oğurluq etdi
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2 550 manat pul oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.
F.İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN