Ukraynada erməni əsilli qadın nazir müavini təyin edildi - FOTO
Azvision.az xəbər verir ki, Meri Akopyan nazirin müavini təyin edilib. Qərar Ukrayna hökumətinin iclasında qəbul edilib.
37 yaşlı Akopyan Şərq Filologiyası fakültəsində təhsil alıb. Krım dövlət televiziya və radio şirkətində erməni dilində “Barev” proqramının aparıcısı olub. 2012 -ci ildən "Erməni Bülleteni" jurnalının redaksiya heyətinin üzvü, 2010-2012-ci illərdə “Krım-Erməni Cəmiyyətinin” sədr müavini, həmçinin Krım Nazirlər Şurası yanında ictimai şuranın üzvü olub.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Ukrayna