Moskvada məşhur aktyoru döydülər

  05 Avqust 2021    Oxunub :1008
 Moskvada məşhur aktyoru döydülər
Tanınmış rusiyalı aktyor İvan Rıjikovu Moskvada döyüblər. Azvision.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
Bildirilir ki, aktyor çoxsaylı bədən xəsarətləri alıb. Xüsusən də onun göz qapağında və çənəsində sınıqlar meydana gəlib. Aktyorun döyülmə səbəbi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, Rıjikov "Major Sokolov. Qaydasız oyun", "Rusiya" oteli, "Xanım Kirsanovanın sirləri" və bir çox digər filmlərdə də rol alıb. Tamaşaçılar onu daha çox "İnternı" və "Karmelita" seriallarından tanıyırlar.

Tural Tağıyev
Azvision.az

Teqlər: Aktyor  







Xəbər lenti