Səfir Cammu və Kəşmir İttifaq Ərazisindəki inkişafları şərh edib

  05 Avqust 2021    Oxunub :515
Səfir Cammu və Kəşmir İttifaq Ərazisindəki inkişafları şərh edib
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavn son iki ildə Cammu və Kəşmir İttifaq Ərazisindəki müsbət inkişafları şərh edib. Onun sözlərinə görə, bu müddət ərzində kənd ərazilərinin internet, eləcə də elektron dövlət xidmətləri ilə təminatı üçün 44 Rəqəmsal Kənd Mərkəzi yaradılıb.
Azvision.az - ın məlumatına görə, diplomat deyib ki, qadınların, uşaqların və cəmiyyətin aztəminatlı hissələrinin sosial, iqtisadi və siyasi hüquqlarının qorunması və təşviqi üçün nəzərdə tutulmuş qanunlar da daxil olmaqla, bütün Mərkəzi qanunların genişləndirilərək İttifaq Ərazisində şəffaf və məsuliyyətli idarəetmənin təmin edilməsində əhəmiyyətli irəliləyişin əldə edilib.

“Ot kökləri demokratiyasını gücləndirmək məqsədilə 2020-ci ilin oktyabr-noyabr aylarında Bölgə İnkişaf Şurasına seçkilər keçirilib. Bu seçkilərdə 51,7 faiz seçici fəallığı qeydə alınıb. Bir müddət öncə Cammu və Kəşmirin tarixində ilk dəfə olaraq, 2019-cu ilin oktyabrında Blok İnkişaf Şuralarına (BİŞ) seçkilər baş tutub ki, burada 98,3 faiz seçici fəallığı müşahidə olunub. İlk dəfə olaraq qadınlar əsas siyasətə gəlməyə imkan verən hüquqdan faydalanıblar. “Kəndə Qayıdış” adlı unikal proqram çərçivəsində 50 min ailə dövlət tərəfindən dəstəklənən “Sağlamlıq Sığortası proqramı” ilə əhatə edilib, qadın sahibkarlara verilmiş 4 600 kredit də daxil olmaqla ümumilikdə 15 mindən çox kredit verilib. Kəndlərdə infrastrukturun yaxşılaşdırılması üçün 20 mindən çox inkişaf işi birbaşa insanlar tərəfindən müəyyən edilib. İnteqrasiya edilmiş şikayətlərə baxma və monitorinq sisteminə 85 mindən çox şikayət daxil olub ki, bunların da 90%-dən çoxu qənaətbəxş şəkildə həll edilib”, - diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, 7,5 milyard ABŞ dolları həcmində sərmayə yatırımını nəzərdə tutan Baş nazirin İnkişaf Paketi çərçivəsində təyin olunmuş 54 layihədən 20-si son iki ildə tamamlanıb, 13 layihənin 2021-ci ilin sonuna qədər tamamlanması, qalan layihələrin isə 2022-23-cü illərdək başa çatması gözlənilir. Bu layihələr sırasında tikilməkdə olan Udhampur-Srinqara-Baramulla Dəmiryolu bağlantısını və bu bağlantı üçün Çinab çayı üzərində inşa edilən dünyanın ən yüksək dəmir yolu körpüsünü misal göstərmək olar. 2024-25-ci illərədək elektrik enerjisi istehsal gücünə 3000 MVt əlavə edilməklə gələcək 3 il ərzində elektrik enerjisi istehsalı iki dəfə artırılacaq. 350 min benefisiar üçün yeni elektrik xətlərinin çəkilməsini də əhatə edən bu son yeniliklər nəticəsində, Cammu və Kəşmirdə 100 evin elektrikləşdirilməsinə nail olunub. Əlavə olaraq, 2022-ci ilin martınadək Cammu və Kəşmirdə 1,81 milyon kənd evinin hamısının su təminatı şəbəkəsinə qoşulması təmin ediləcək.

Sənaye artımını təşviq etmək üçün İttifaq Ərazisində qurulan bütün yeni sənaye obyektlərini və əhəmiyyətli genişlənmə işləri aparan mövcud obyektləri təşviq etmək məqsədilə 2021-30-cu illər üçün Cammu və Kəşmir Sənaye İnkişaf Siyasətinə qeydlər edilib. İşsiz mühəndislər üçün təlimlər təşkil etmək məqsədilə Cammu və Baramulla şəhərlərində hökumət və “Tata Technologies” şirkəti arasında birgə müəssisə kimi “İxtiralar, İnnovasiya, İnkubasiya və Təlim Mərkəz”ləri yaradılıb. Yaxın gələcəkdə hər biri Cammu və Srinaqarda olmaqla iki IT parkı da yaradılacaq.
Səfir Cammu və Kəşmirin pulsuz və ümumi sağlamlıq sığortası sisteminin İttifaq Ərazisində bütün sakinlərə şamil edildiyini deyib. Cammu və Kəşmir, əslində, Hindistan üzrə səhiyyə sektoruna ən yüksək büdcə təyinatlarından (5%) birinə malikdir. Əlavə olaraq, Cammu və Kəşmirdə Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 filialı, 2 xərçəng institutu, sümük institutları daxil olmaqla yeddi yeni tibb kolleci və xəstəxanası, eləcə də uşaq xəstəxanaları açılır. Cammu və Kəşmir Hindistanda COVID-19 əleyhinə peyvəndləmə ilə əhatə olunan aparıcı ştatlardan/ittifaq ərazilərindən biridir. Səhiyyə işçilərinin 85%-dən çoxu vaksinasiya olunub. İttifaq Ərazisində 20 bölgədən 9-da birinci dozanın (yaşı 45-dən çox olanlar üçün) vurulması 100% səviyyəsində yerinə yetirilib.

Təhsil sektoruna gəldikdə isə, 20 mindən çox tələbəni əlavə imkanlarla təmin edəcək 50 yeni kollec təşkil olunur. Tibb sahəsində (MBBS) məzun olmaq üçün yerlər 500-dən 1100-ə artırılıb və İttifaq Ərazisində Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 yeni filialı, 7 yeni tibb kolleci, tibb bacılarının hazırlanması üçün 5 yeni kollec və 2 xərçəng dövlət institutu yaradılıb.

Səfirin sözlərinə görə, Kənd Təsərrüfatı sektorunu inkişaf etdirmək üçün Hindistan Milli Kənd Təsərrüfatı Kooperativləri Marketinq Federasiyası Ltd. (NAFED) yaxın beş il ərzində yüksək sıxlıqlı alma, qoz, albalı və armud əkin sahələrinə təxminən 230 milyon ABŞ dolları dəyərində sərmayə yatıracaq. 67 milyon ABŞ dolları həcmində sərmayə qoyulmaqla üç soyuducu anbar klasteri də yaradılır. İdman infrastrukturunu inkişaf etdirmək üçün Baş Nazirin İnkişaf Paketi çərçivəsində 26 milyon ABŞ dolları ayrılıb, eləcə də Cammu və Srinaqarda iki “Khelo Hindistan” Mükəmməllik Mərkəzi yaradılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Səfir  







Xəbər lenti