"Müharibə başlasa, hökumətimizə inanmayacağıq" - Gevorqyan
-Müharibə zamanı hər kəs ölkəyə kömək etmək üçün əlindən gələni etdi. Hamı fikir ayrılıqlarını bir kənara qoydu. Bəs indi necədir? İndi aydın oldu ki, müharibəyə başlayan xainlər hakimiyyətdə olduqları müddətcə bu xalq müharibə günlərində olduğu kimi heç vaxt birləşməyəcək. O yerə çatmışıq ki, müharibə başlasa belə, artıq mövcud hökumətə inanmayacağıq və onun ətrafında birləşməyəcəyik. Bizi elə bir günə saldılar ki, bu gün Müdafiə Nazirliyinə çağırsalar, bu çağırışı saxta hesab edərik.
Bunu qəbul etmək nə qədər ağrılı olsa da, müharibə dəhşətləri zamanı sülh dövründən daha çox birləşmişdik.
Tural Tağıyev
Azvision.az
Teqlər: Müharibə







Vaxtında, Aydın, Lazımlı!


