Əfqanıstanda sutka ərzində 406 yaraqlı məhv edilib

Əfqanıstanda sutka ərzində 406 yaraqlı məhv edilib
  06 Avqust 2021    Oxunub:1079
Əfqanıstan ordusu son sutka ərzində 406 “Taliban” silahlısını məhv edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi Tvitterdə məlumat yayıb.
Azvision.az xəbər verir ki, əməliyyat zamanı daha 209 silahlı yaralanıb.

Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar, Herat və Gilmend daxil olmaqla 17 əyalətdə əməliyyat keçirib.

Xatırladaq ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda ölkədə vəziyyət pisləşib. “Taliban” kənd və sərhəd bölgələrinin böyük hissəsini ələ keçirib, böyük şəhərlərə hücumlar edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti