Azərbaycan və Ermənistan heç vaxt barışmayacaq
“Əgər bu ili sakit başa vura bilsək, hər şey konstruktiv olacaq. Lakin bu il münaqişənin həllinin mümkünlüyünə zərrə qədər də inamım yoxdur. Nə Qarabağ, nə də Azərbaycan müharibədə qalib gələ bilməyəcək. Heç bir tərəf tam qələbə qazana bilməyəcək, lakin yenə də müharibə qaçılmazdır”.
Reuters agentliyi yazır ki, “erməni nazir tanınmamış Dağlıq Qarabağ Respublikasının birinci olaraq hücum etməyəcəyini bildirsə də, öz müdafiəsini gücləndirmək üçün silahlanmağa davam edir.
“ Düşünürəm ki, yeni müharibə böyük humanitar böhrana səbəb olacaq və daha çox qan töküləcək. İnsan itkisi əvvəlkindən çox olacaq- yüz minlərlə insan öləcək ”-deyə Arutyunyan bildirib.
1991-1994-cü illərdə Azərbaycana qarşı döyüşmüş Araik Arutyunyanın etiraf edib ki, hazırki vəziyyətdə Ermənistan güzəştə getməyə hazır deyil, bu da münaqişənin diplomatik yolla həllini çətinləşdirir.
AzVision.az