Paşinyanın siyasi etikasızlığı: Ermənilər baş nazirə lağ edirlər

   Paşinyanın siyasi etikasızlığı:   Ermənilər baş nazirə lağ edirlər
  06 Avqust 2021    Oxunub:2419
Erməni ictimai fəal, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının əməkdaşı Arpine Aruşanyan baş nazir Nikol Paşinyanın Tehrana səfərini tənqid edib.
Azvision.az xəbər verir ki, o, ölkə başçısının Tehrana sanki andiçmə mərasiminə qatılmağa deyil, gəzməyə getdiyini bildirib. İranlıların mental dəyərlərinə yaxşı bələd olduğunu iddia edən Aruşanyan Ermənistan baş nazirinin andiçmə mərasimində qarnını qabağa verib oturmasını, tədbiri qeyri-ciddiyə almasını tənqid edib.

Paşinyandan İran prezidentinə hörmətsizlik - FOTO
"İran davranış və etik qaydalara ciddi riayət olunduğu bir ölkədir. Burada hətta restoranda nahar etmədən durub getsəniz, düşünərlər ki, siz nəyisə bəyənməmisiniz. İndi bu ölkədə belə bir görünüşdə- maskası başından sallanan, qarnını qabağa verib tərcümə cihazını qulağından çıxararaq oturursan. O zaman başqa ölkələrin bizə niyə kömək etmədiyini söyləməyin ",- erməni ictimai fəal söyləyib.

Qeyd edək ki, Nikol Paşinyan dünən İrana səfər edib. Onun yeni seçilən prezidentin andiçmə mərasimində hörmətsiz davranışı sosial şəbəkələrin erməni seqmentində narazılıq doğurub. Ermənilər baş nazirin qeyri-ciddi imic formalaşdırmaqda davam etdiyini yazırlar.



Tural Tağıyev
Azvision.az



Teqlər:   Paşinyan   İran  



Xəbər lenti