ABŞ səfiri yenidən Zəngəzurda olub

ABŞ səfiri yenidən Zəngəzurda olub
  06 Avqust 2021    Oxunub:888
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi yenidən Zəngəzura (Sünik vilayəti) səfər edib. Onunla birlikdə "USAID Armenia"nın direktoru Con Allelo da bölgədə olub.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən məlumat verir.

"Sünik Ermənistanda ən çox sevdiyim yerlərdən biridir, mən dəfələrlə bu bölgədə olmuşam. Bu yay boş vaxtımı məhz burada keçirmək istədim", - amerikalı diplomat bildirib.

Con Allelo isə ilk dəfə bölgəyə səfər etdiyini və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin orada bir çox proqram həyata keçirdiyini söyləyib.

“Bu, o deməkdir ki, dəfələrlə Sünik bölgəsinə qayıtmaq üçün səbəbim olacaq. Burada çox gözəl yerlər var", - Allelo əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ-səfir   Zəngəzur  



Xəbər lenti