"Əlimizdə Azərbaycan kəndləri var" - Erməni deputat

   "Əlimizdə Azərbaycan kəndləri var" -   Erməni deputat
  06 Avqust 2021    Oxunub:2377
"Əgər Rusiya qoşunlarının Ermənistan sərhədlərində yerləşdirilməsi ilə sülh olacaqsa, bu məqbuldur".
Azvision.az xəbər verir ki, bunu "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvü Vahe Qalumyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib. O, Ermənistan ərazisində hələ də Azərbaycana məxsus torpaqların olduğunu etiraf edib:

“Tavuşda Azərbaycan kəndləri var. İstisna etmirəm ki, onlar dəyişdiriləcək. Voskeparda isə atışma olub -olmadığını bilmirəm”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti