"Taliban" Əfqanıstanın şimalındakı inzibati mərkəzə hücum edib

 "Taliban" Əfqanıstanın şimalındakı inzibati mərkəzə hücum edib
  06 Avqust 2021    Oxunub:1644
“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın şimalındakı Cuzcan əyalətinin inzibati mərkəzi olan Şiberqan şəhərinə hücuma keçib. “TOLO News”un məlumatına görə, şəhərdə şiddətli döyüşlər gedir.
Azvision.az xəbər verir ki, Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri “Taliban”ın hücumunu dəf etməyə nail olub. Şiberqanda təxminən 40 yaraqlı öldürülüb, 15 nəfər əsir götürülüb.

Ölkənin keçmiş birinci vitse-prezidenti marşal Əbdül Rəşid Dustumun evini “Taliban” yandırıb. Qeyd olunub ki, hücumun əsas məqsədi ölkənin ən az bir əyalətini ələ keçirmək olub. Taliblər beş əyalətdən birini - Herat, Taxar, Cuzcan, Qəndəhar və ya Gilmendi ələ keçirməyi hədəfləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Hücum  



Xəbər lenti