Hind klinikasının baş həkimi Racani Çandra D’Mello tibb sahəsinə verdiyi töhfələrinə görə təltif olunub. O, 9 yanvar 2021-ci il tarixində keçirilən virtual mərasim zamanı PBSA mükafatına layiq görülmüş xaricdə fəaliyyət göstərən 30 Hindistan vətəndaşı və təşkilatı sırasında yer alıb.
Doktor Racani Çandra D'Mellonu təbrik edən səfir B.Vanlalvavna onun müxtəlif sahələrə, xüsusilə də tibb sahəsinə verdiyi töhfələrdən və nailiyyətlərindən danışıb. Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etdiyi xatırladan diplomat ümidvar olduğunu bildirib ki, onun əldə etdiyi müvəffəqiyyətlər Hindistanın tibb və tibb elmləri sahəsindəki uğurları barədə məlumatların Azərbaycanda daha da geniş auditoriyaya çatdırılmasına kömək edəcək.
Racani D'Mello Hindistan hökumətinə mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib. Bu mükafatı qazanmaqda ona göstərdiyi dəstəyə görə ailəsinə və Azərbaycandakı dostlarına təşəkkür edib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


