Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  06 Avqust 2021    Oxunub:1015
Türkiyədə son sutka ərzində 101 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 23 957 yeni yoluxma faktı qeydə alınıb, 6 941 nəfər sağalıb. Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 75 554 132 peyvənd tətbiq edilib.

Azvision.az



Teqlər: Türkiyə   virus  



Xəbər lenti