Mövlud Çavuşoğlu: "Azərbaycandan daha 200 yanğınsöndürən gələcək"

      Mövlud Çavuşoğlu:    "Azərbaycandan daha 200 yanğınsöndürən gələcək"
  06 Avqust 2021    Oxunub:1045
“Bu gün Prezident cənab İlham Əliyevin təlimatı əsasında 200 nəfərlik növbəti yanğın-xilasetmə qrupu Dalaman hava limanına eniş edəcək”.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu jurnalistlərə verdiyi açıqlamada bildirib.

O Antaliyadakı yanğınlarla əlaqədar keçirilən mətbuat konfransında deyib ki, Türkiyədəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almaması üçün Azərbaycan əvvəldən də peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib.

Yanğınsöndürənlərimizin dördüncü qrupu Türkiyəyə yola salınıb
“Dünən də can Azərbaycandan Gürcüstan üzərindən quru yolla gələn 162 nəfərlik yanğın-xilasetmə qrupu və 40 yanğınsöndürmə texnikası Türkiyəyə çatıb. Prezident İlham Əliyevin tapşırığı ilə bu axşam 200 yanğınsöndürən təyyarə ilə Dalamana gələcək. Qazaxıstandan 2 helikopter 16 nəfərlik bir heyətlə yola çıxdı. İsraildən bir şirkətimizin 2 təyyarə arendaya götürdüyünü söyləmişdik. Həmin təyyarələr Dalamana endi. ABŞ -dan isə 2 helikopterin bazar ertəsi günü Türkiyədə olacağı barədə məlumat aldıq. Bu il kritik bir ildir. Hər yerdə yanğın var. Türkiyə olaraq bu yanğınları söndürmək üçün üzərimizə düşəni edirik. İbradıdan başqa Antalyada baş verən yanğınlar söndürüldü. Gözlərimiz, qulaqlarımız və dualarımız Muğla bölgəsindədir. Prezidentimizin rəhbərliyi altında bütün nazirlər və komandalar həmin bölgələrdə intensiv işləyirlər".

Tural Tağıyev
Azvision.az



Teqlər:   Yanğın   Türkiyə  



Xəbər lenti