Rusiya qırıcıları Çin ordusu ilə birgə təlimlərə başlayıb

Rusiya qırıcıları Çin ordusu ilə birgə təlimlərə başlayıb
  07 Avqust 2021    Oxunub:1386
Rusiyanın Su-30 SM qırıcıları Çin ordusunun Hərbi Hava Qüvvələri ilə birgə təlimlərə başlayıb. Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu, avqustun ortalarında Çinin ev sahibliyi edəcəyi "Qarşılıqlı əlaqələr-2021" təliminə hazırlıq məqsədi daşıyır.

Təlimlərdə 10 minə yaxın əsgərin iştirak edəcəyi, müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacağı bildirilib. Maneverlərin Çin ordusunun Quru Qoşunlarının poliqonunda keçiriləcəyi qeyd edilib.

"Təlimin məqsədi iki ölkənin silahlı qüvvələri arasındakı hərbi əməkdaşlıq və dostluq əlaqələrini gücləndirmək, Rusiya və Çinin döyüş qabiliyyətini göstərməkdir", - açıqlamda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Çin  



Xəbər lenti