"Taliban"ın "qubernator"u öldürülüb

"Taliban"ın "qubernator"u öldürülüb
  07 Avqust 2021    Oxunub:1155
Əfqanıstan qoşunları “Taliban”ın "kölgə qubernatoru" Abid Məvləvini məhv edib. Azvision.az xəbər verir ki, bu barədə ökənin Müdafiə Nazirliyi Tvitter-də məlumat yayıb.
Qeyd olunub ki, ordunun keçirdiyi əməliyyat nəticəsində taliblərin Nimruz əyalətinə təyin etdikləri “qubernator"la bərabər daha 14 terrorçu öldürülüb.

“Taliban” nümayəndəsi Qari Yusuf Əhmədi Məvləvinin ölümünü təsdiqləməyib.

Bundan əvvəl “Taliban” Əfqanıstanın cənub-qərbindəki Nimruz əyalətinin mərkəzi Zarənc şəhərinin ələ keçirildiyini elan etmişdi. “Reuters” agentliyinə görə, şəhərin böyük hissəsi hər hansı müqavimət olmadan "Taliban"ın nəzarətinə keçib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti