İsrailin pilotsuz təyyarəsi Qəzzaya zərbələr endirib

İsrailin pilotsuz təyyarəsi Qəzzaya zərbələr endirib
  07 Avqust 2021    Oxunub:1132
İsrailin Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Qəzza sektorunun şimal rayonlarına zərbələr endirib. Məlumata görə, Beyt-Laxiya şəhəri yaxınlığında fermer təsərrüfatı yerləri kimi istifadə edilən ərazilərə azı iki raket mərmisi düşüb, bu da maddi ziyana səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Fələstinin "WAFA" agentliyi bildirib. Hadisə nəticəsində ölənlərin və yaralıların olması barədə məlumat yoxdur.

Daha əvvəl İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri 16, 18 iyun, 2,3 və 25 iyul tarixlərində Qəzzaya zərbələr endirib. Zərbələr xüsusi olaraq HƏMAS hərəkatının döyüş qanadının təlim düşərgələrinə endirilib.

Qeyd edək ki, 11 gün davam edən qarşıdurmadan sonra mayın 21-də İsrail və Fələstin arasında atəşkəs qüvvəyə minib. Qarşıdurma nəticəsində Fələstindən 257 nəfər ölüb, 2 minə yaxın insan yaralanıb. İsrail tərəfinin itkisi 13 nəfər olub. Hazırda Misirin aktiv vasitəçiliyi ilə münaqişə tərəfləri arasında daimi atəşkəs razılaşması üzərində iş gedir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   Qəzza   Zərbələr  



Xəbər lenti