Ermənistanda virusa yoluxma sayı 232 minə çatır

 Ermənistanda virusa yoluxma sayı 232 minə çatır
  07 Avqust 2021    Oxunub:1802
Ermənistanda son sutka ərzində daha 298 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 231 923 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4641-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1124 nəfərdir.

Aktiv xəstələrin sayı 5115 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  



Xəbər lenti