Səfirlik amerikalıları Əfqanıstanı dərhal tərk etməyə çağırıb

Səfirlik amerikalıları Əfqanıstanı dərhal tərk etməyə çağırıb
  07 Avqust 2021    Oxunub:1338
ABŞ-ın Kabildəki səfirliyi təhlükəli vəziyyət səbəbindən Amerika vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

"ABŞ səfirliyi mövcud kommersiya reyslərindən istifadə edərək vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırır. Təhlükəsizlik şərtləri və səfirliyin heyətində ixtisarlar nəzərə alınmaqla, diplomatik korpusun Əfqanıstandakı ABŞ vətəndaşlarına, hətta Kabildə də yardım göstərmək imkanları son dərəcə məhduddur", - məlumatda deyilir.

Qeyd olunur ki, səfirlik hazırda ABŞ-a kommersiya reysi üçün bilet ala bilməyən vətəndaşlara qaytarılmaq şərtilə pul verməyə hazırdır. Səfirlik, vətəndaşları təhlükəsizlik vəziyyəti haqqında məlumat almaq və həmçinin fövqəladə hallarda onlarla əlaqə saxlanılması üçün STEP (Smart Traveler Enrollment Program) proqramında qeydiyyatdan keçməyi tövsiyə edib. Gələcəkdə uçuşların olacağı təqdirdə, səfirlik proqram iştirakçılarını xəbərdar edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  



Xəbər lenti