"Taliban" Əfqanıstanın iki əyalətini ələ keçirdi

"Taliban" Əfqanıstanın iki əyalətini ələ keçirdi
  07 Avqust 2021    Oxunub:1152
“Taliban” radikal hərəkatı Əfqanıstanın cənub-qərbindəki Nimroz və şimalındakı Cauzcan əyalətlərini ələ keçirdiklərini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi “Twitter”də bildirib.

Qeyd olunub ki, hökumət qoşunları ilə döyüşlərin aparıldığı Cauzcanın paytaxtı Şiberqan "Taliban"ın nəzarətinə keçib. Eyni zamanda, bir gün əvvəl Əfqanıstan Müdafiə Nazirliyi Şiberqanın taliblərdən təmizləndiyini açıqlayıb.

Bundan əvvəl yerli media Nimroz əyalətinin paytaxtı Zəranc şəhərinin "Taliban" tərəfindən ələ keçirildiyini yazıb

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti