Bakıda ev yanır

Bakıda ev yanır
  07 Avqust 2021    Oxunub:1035
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Azvision.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.


Azvision.az


Teqlər: FHN  





Xəbər lenti