Ermənistanda daha bir sabiq icma rəhbərinə cinayət işi açılıb

Ermənistanda daha bir sabiq icma rəhbərinə cinayət işi açılıb
  07 Avqust 2021    Oxunub:2143
Ermənistanın Tatev icmasının sabiq rəhbəri Murad Simonyana cinayət işi açılıb. O, ictimai vəsaiti mənimsəməkdə ittiham olunur.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq komitəsi məlumat yayıb.

Tatev icmasın Gorus şəhəri yaxınlığında yerləşir və bir neçə kəndi əhatə edir.
Simonyan mütəmadi olaraq bələdiyyənin balansında olan əmlakdan və pul vəsaitindən şəxsi məqsədlər üçün istifadə edib. Bələdiyyənin nəzdində olan ekskavatoru özəl şirkətə icarəyə verib. Büdcə vəsaitiini mənimsəyib.

Xatırladaq ki, 2016-2021-ci illərdə icma rəhbəri olmuş Simonyan dəfələrlə baş nazir Nikola Paşinyanı kəskin tənqid edib və onu istefaya çağırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti