Yeni hipersəs təyyarə: "Quarterhorse" Nyu Yorkdan Parisə 1,5 saata uçacaq- FOTOLAR

            Yeni hipersəs təyyarə:   "Quarterhorse" Nyu Yorkdan Parisə 1,5 saata uçacaq-   FOTOLAR
  07 Avqust 2021    Oxunub:1314
ABŞ Hərbi Hava Qüvvələri "Quarterhorse" hipersəs təyyarəsini sınaqdan keçirəcək. Azvision.az xəbər verir ki, bu barədə "Breaking Defense" məlumat yayıb.
Qeyd edilir ki, bununla bağlı "Hermeus" şirkəti ABŞ Hərbi Hava Qüvvələri ilə 60 milyon dollarlıq müqavilə imzalayıb. Məqalə müəllifləri iddia edirlər ki, şirkət "Quarterhorse"- təkrar istifadə edilə bilən hipersəs təyyarəsinin sınaq nümunəsini yaratmağı planlaşdırır.

Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi - VİDEO
"Təyyarə belə layihələndirilir ki, o səs sürətini bir neçə dəfə üstələsin. Yəni səsdən beş qat sürətli olsun. Bu, Nyu Yorkdan Parisə çatmaq üçün cəmi 90 dəqiqə vaxtın sərf edilmısi deməkdir. Bugünkü reallıqda isə uçuş təxminən yeddi saat yarımdır",-nəşr yazıb.



Təyyarənin "General Electric J85" turboreaktiv mühərrikinə əsaslanan ən son kombinə edilmiş turbin mühərrikini sınamalı olacağı da bildirilir. Şirkətdən verilən məlumata görə, uçuş testlərindən sonra "Quarterhorse" dünyanın ən surətli təyyarəsi olacaq.

Qeyd edək ki, keçən ilin fevral ayında "Hermeus", "Mach 5" sürətini inkişaf etdirən oxşar mühərriki uğurla sınaqdan keçirmişdi.



Xatırladaq ki, ötən ay Rusiyanın hipersəs sürətli “Sirkon” ("Циркон") raketinin sınaqları uğurla keçməsi barədə məlumat yayılmışdı.



Tural Tağıyev
Azvision.az



Teqlər:   Təyyarə   Hipersəs   ABŞ  



Xəbər lenti