Gümrüdə güclü partlayış: erməni hərbçi öldü

 Gümrüdə güclü partlayış: erməni hərbçi öldü
  07 Avqust 2021    Oxunub:1220
Ermənistanın Gümrü şəhərində güclü partlayış olub.
Azvision.az “Armenpress”ə istinadən xəbər verir ki, partlayış şəhərdəki evlərdən birində baş verib.

Nəticədə yeni ailə quran gənc cütlük həlak olub. İlkin məlumata görə, partlayışda ölən kişi hərbçidir.

Ərazidə hüquq-mühafizə orqanları araşdırma aparır.

Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Partlayış  



Xəbər lenti