Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  07 Avqust 2021    Oxunub:1358
Türkiyədə son sutka ərzində 112 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 246 037 nəfər test edilib, onların 25 100-nün koronavirus testi pozitiv nəticə verib, 6758 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 75 857 256 nəfərə peyvənd tətbiq edilib.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti