Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

   Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib
  08 Avqust 2021    Oxunub:1453
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.
Azvision.az xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb.

“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.

Azvision.az



Teqlər: XİN   Türkiyə  



Xəbər lenti