Oğru “iş başında” ələ keçdi

Oğru “iş başında” ələ keçdi
  09 Avqust 2021    Oxunub:801
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Tovuz rayon regional Mühafizə Şöbəsinin əməkdaşları oğurluq edən şəxsi “iş başında” saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, gecə saatlarında şöbəyə rayon ərazisindəki apteklərdən birinə kənar şəxsin qeyri-qanuni yolla daxil olması barədə “Həyacan” siqnalı daxil olub.

Dərhal Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gəlib və aptekin arxa pəncərəsini sındıraraq içəri daxil olan şəxsi saxlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş Elçin Rzayev içəri daxil olaraq oradan nağd pul oğurlamaq istəyib. Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti