İrəvanda terror həyəcanı: Paşinyanı parlamentdə öldürə bilərlər
"Sentyabr ayından etibarən rəhbərlik parlamentin girişində jurnalistlər üçün ayrıca bir otağın yaradılmasını planlaşdırır. Bu da media nümayəndələrinin parlament binası daxilində sərbəst hərəkət edə və istədikləri adamla müsahibə apara bilməməsinə hesablanıb. Bundan əlavə parlamentdə yeni təhlükəsizlik tədbirləri də nəzərdə tutulur. Xüsusən də salonun giriş foyesi hər iki tərəfdən şüşələrlə örtüləcək, xsusi keçid məntəqələri quraşdırılacaq. Deputatlara məhz bu qorunan ərazilərdən zala daxil olmaları üçün çipli buraxılış kartları paylanacaq.
Bütün bu fövqəladə tədbirlərin izahına gəlincə, hakimiyyət daxilində belə bir şaiyə dolaşır ki, Milli Təhlükəsizlik Xidmətinə baş nazir Nikol Paşinyana qarşı terror aktının hazırlanması barədə məlumat daxil olub . Parlamentdə belə sərt təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi isə terror riskinin qarşısını almaq məqsədi daşıyır",-"Hraparak" yazıb.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


