Vaksinə inanmayan məşhur aparıcı koronavirusdan öldü

Vaksinə inanmayan məşhur aparıcı koronavirusdan öldü
  09 Avqust 2021    Oxunub:1584
Məşhur amerikalı radio aparıcısı, peyvəndlərə qarşı çıxışları ilə seçilən Dik Farrel koronavirusdan ölüb. Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Farrelin ölməzdən əvvəl peyvəndlə bağlı fikrini dəyişdiyi və dostlarını vaksinasiyadan keçməyə çağırdığı bildirilir. Üç həftə əvvəl xəstəxanaya yerləşdirilən Farrel peyvəndlə bağlı fikirlərini kökündən dəyişib. Onun dostu Li Hayer bununla bağlı "Facebook" səhifəsində yazıb.

"Farrel mənə peyvənd olunmağımı məsləhət bilən bir məktub yazdı. Məktubda virusun oyun və ya rəqs olmadığını qeyd edirdi. Həmçinin bildirirdi ki, özü də artıq vaksinasiyadan keçib".

Qeyd edək ki, Farrel vaksinasiyanı dəfələrlə tənqid etməsi ilə diqqət mərkəzində olub. O ABŞ -ın infeksiya xəstəlikləri üzrə baş mütəxəssisi Entoni Fauçini "hökumətin dəli yalançısı" adlandırırdı və radioaparıcıya görə vaksinasiya "saxta" proses idi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   ABŞ  



Xəbər lenti