Buna baxmayaraq, Azərbaycanın milli və təhlükəsizlik maraqları İranla qonşuluq münasibətlərin inkişafını diqtə edir.
Son günlərin əsas mövzularından birinə çevrilmiş İran-Azərbaycan münasibətlərini Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, yeni seçilən prezidentdən müyyən gözləntilər var. O xatırladıb ki, Prezident İlham Əliyev müharibənin ilk günlərində Rusiyanın Qazaxıstan, Türkmənistan və İran səması üzərindən Ermənistana hərbi yük daşımasını bəyan etmişdi:
“Bu Tehrana ciddi mesaj idi. Bundan sonra İran üzərindən Ermənistana hərbi yük daşımasıyla bağlı xəbərlər yayılmadı. İran rəsmiləri Azərbaycan ordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəsətklədiklərini vurğuladılar. Daha sonra başda İranın keçmiş prezidenti Həsən Ruhani olmaqla bu ölkənin Azərbaycandakı səfirinə qədər qonşu dövlətin rəsmiləri verdikləri açıqlamalarda İlham Əliyevi Qarabağda qələbə münasibətilə təbrik etdilər. Yeni seçilən prezident İbrahim Rəisi də eyni fikri təkrarladı. Bu ikitərəfli əlaqələr baxımından önəmli açıqlamalar idi.
Əlbəttə, suallarımız yenə var. Misal üçün İran nömrəli yük maşınları Ermənistandan Qarabağa nə daşıyırdılar? Və ya İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi? Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi. Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlərsə, biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq”.
Elxan Şahinoğlu deyir ki, Həsən Ruhaninin prezidentliyi dövründə ikitərfli təmaslar, o cümlədən Tehrandan Bakıya və əks istiqamətdə nümayəndə heyətlərinin səfərləri artdı. Tehran Bakı ilə birgə regional layihələrə maraq göstərməyə başladı. Hazırki prezident İbrahim Rəisi bu layihələri davam etdirməklə yanaşı İran şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etməsini istəyir:
|
| Paşinyandan İran prezidentinə hörmətsizlik - FOTO |
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


