Stiven Kinqin yeni kitabı COVID-19 pandemiyası haqda olacaq
Stiven Kinq daha sonra əlavə edib ki, koronavirus haqqında 2021-ci il avqustun 3-də çıxan “Billi Sammers” detektiv romanında da bəhs edib. Romanın qəhrəmanları dəniz səyahətinə yollanırlar, lakin koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunduğundan 2020-ci ildə bu mümkün deyildi. Odur ki, yazıçı hadisələri 2020-ci ildən 2019-cu ilə keçirməyə məcbur olub ki, süjet inandırıcı görünsün.
Stiven Kinq öz ədəbi karyerası boyunca 50-dən çox roman yazıb və bu romanlar təxminən 350 milyon nüsxədən artıq tirajla çap olunub. Onun ilk əsəri “Kerri” 1970-ci ilin ortalarında işıq üzü görüb. Bundan sonra çapdan çıxan “Parıltı” romanı yazıçıya dünya şöhrəti qazandırıb.
Nadir Qocabəyli
Azvision.az
Teqlər: Stiven-Kinq Covid-19







Vaxtında, Aydın, Lazımlı!


