Fransada keşiş öldürülüb

   Fransada keşiş öldürülüb
  09 Avqust 2021    Oxunub:1794
Fransada katolik kilsəsinin keşişi öldürülüb. Azvision.az xəbər verir ki, bu barədə xarici işlər naziri Jerald Darmanen "Twitter"də məlumat verib. Hadisə Fransanın qərbində, Vandeyada baş verib.
"Vandeyada bir keşişin faciəli şəkildə öldürülməsindən sonra ölkəmizdəki bütün katolikləri tam dəstəkləyirəm. Hadisə yerinə gedirəm", - XİN rəhbəri deyib.

Yerli saytların məlumatına görə, 2020 -ci ildə Nantda yanğın törətmiş ruandalı bir qaçqın bu səhər jandarmaya gələrək bir keşişi öldürdüyünü etiraf edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Katolik   Keşiş   Fransa  



Xəbər lenti