Papaya sui-qəsd mesajı: Zərfdən güllələr çıxdı

      Papaya sui-qəsd mesajı:   Zərfdən güllələr çıxdı
  09 Avqust 2021    Oxunub:1830
İtaliyada Roma Papasına ünvanlanan təhlükəli məktub aşkarlanıb. Azvision.az xəbər verir ki, Milanın "Pescheria Borromeo" poçt çeşidləmə mərkəzində Papaya çatacaq zərfin içindən üç tapança gülləsi çıxıb.
"Italy24 News"un yazdığı məlumata görə, zərfin kənarında çətinliklə oxunan bir yazı olub- "Papa - Vatikan - Romadakı Piazza San Pietro". Zərfin Fransadan gəldiyi söylənir. Göndərənin adı isə göstərilməyib.

Güllələr aşkar edilən kimi ofis meneceri dərhal karabineri çağırıb və zərf ekspertiza üçün müsadirə edilib. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Papa   İtaliya  



Xəbər lenti