Qəbələdəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Qəbələdəki yanğın məhdudlaşdırılıb -  YENİLƏNİB
  09 Avqust 2021    Oxunub:1512
Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.
FHN-dən Azvision.az -a bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur. İlkin məlumata əsasən, təqribən 2 hektar sahədə quru ot, kol-kos və məişət tullantıları yanır.

Əlavə məlumat veriləcək.

***19:07***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Azvision.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 2 ha sahədə məişət tullantıları, quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti