Zelenski orduda ciddi kadr dəyişikliyi edib

   Zelenski orduda ciddi kadr dəyişikliyi edib
  09 Avqust 2021    Oxunub:1650
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin rəhbərliyində bir sıra təyinatlar həyata keçirib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının ofisinin saytı nda məlumat verilib. Qeyd olunub ki, yeni hərbi rəhbərlər Zelenski ilə Zmeinıy adasına səfəri zamanı tanış olublar.

Ölkə rəhbəri Nikolay Oleşuku Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, Maksim Mirqorodskini - Hava-Desant Qüvvələrinin komandanı, Andrey Kovalçuku - “Cənub” əməliyyat komandanlığının komandiri, Oleq Mikaçı - “Şərq” əməliyyat komandanlığının komandiri, Serqey Litvinovu - “Qərb” Əməliyyat Komandanlığının komandiri, Vladimir Kovalı isə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edib.

Bundan əvvəl Zelenski Baş Qərargah rəisi Serqey Korniyçuku və Donbasda Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) komandanı Vladimir Kravçenkonu vəzifəsindən uzaqlaşdırıb. Ukrayna lideri Baş Qərargah rəisi vəzifəsinə Serqey Şaptal, Donbasda Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) komandanı vəzifəsinə isə Aleksandr Pavlyuk təyin edilib.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Ukrayna   Ordu  



Xəbər lenti